ELM VƏ TƏHSİL


ADU-da Çin mətbəxi ənənələrindən danışılıb

Bakı, 27 noyabr, AZƏRTAC 

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Çin yeməklərinin hazırlanması” mövzusunda ustad dərsləri keçirilib.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov tarixi üç min ildən çox olan Çin mətbəxi ənənələri və fəlsəfəsi haqqında danışıb. Qeyd edib ki, Milli Kulinariya Mərkəzinin təşkil etdiyi beynəlxalq müsabiqələrdə Konfutsi İnstitutu dəfələrlə layiqli yerlər qazanıb.

Çin yeməklərini hazırlayan çinli ustalar məhsulların seçilməsi ilə bağlı tövsiyələrini və milli yeməklərin hazırlanmasının sirlərini paylaşıblar. Çin yeməklərinin cəld və yüksək istilikdə hazırlanmasının vacibliyi qeyd edilib.

Sonra tələbələrə Çin yeməklərinin hazırlanması prosesi, Çin souslarından istifadə yolları haqqında məlumat verilib, məşhur “yu xiang rou si”nın hazırlanma qaydaları nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.