ELM VƏ TƏHSİL


ADU-da “Ceyms Oldric və Azərbaycan” kitabı müzakirə olunub

Bakı, 15 may, AZƏRTAC 

Azərbaycan Dillər Universitetinin (ADU) filologiya və jurnalistika fakültəsi nəzdində Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə dəyirmi masa keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, dəyirmi masada ADU-nun filologiya və jurnalistika fakültəsinin dekanı, professor Şahin Xəlillinin “Ceyms Oldric və Azərbaycan” kitabı müzakirə olunub.

Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov professor Şahin Xəlillinin elmi-ədəbi işini yüksək qiymətləndirib, onun ədəbi əlaqələrin qurulmasındakı rolunu müsbət dəyərləndirib.

Professor Qəzənfər Paşayev bildirib ki, Şahin Xəlillinin Azərbaycan-İngiltərə ədəbi əlaqələrinin qurulması sahəsində xidmətləri təqdirəlayiqdir. Bu baxımdan “Ceyms Oldric və Azərbaycan” kitabı böyük əhəmiyyət daşıyır və ədəbi əlaqələrə yeni töhfələr verəcək.

ADU-nun rektoru, akademik Kamal Abdulla mövzunun aktuallığından danışaraq qeyd edib ki, nəşr tədqiqat və araşdırma baxımından faydalıdır.

Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Dilbər Zeynalova Şahin Xəlillinin “Ceyms Oldric və Azərbaycan” mövzusundakı fəaliyyətinin əhəmiyyətini ədəbiyyatşünaslıq və folklor kontekstində yüksək qiymətləndirib.

Çıxışçılar Şahin Xəlillinin ədəbi əlaqələr baxımından mövzuya sistemli yanaşmasını onun işinin əsas fərqləndirici cəhəti kimi diqqətə çatdırıblar.

Professor Şahin Xəlilli Ceyms Oldric yaradıcılığı ətrafında fikirlərini bölüşüb, tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkür edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.