ELM VƏ TƏHSİL


ADU-da “Chuanyan” Çin bayramı qeyd olunub

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Chuanyan” – “Əkiz doqquzlar” ənənəvi Çin bayramına həsr olunan tədbir keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bayramın müdrik Fey Çanfanla bağlı mənşəyini ifadə edən əfsanə barədə danışıb. O, həmçinin bayramın fəlsəfi məzmunu haqqında ətraflı məlumat verib.

Konfutsi İnstitutunun əməkdaşları və tələbələr bildiriblər ki, bayramda əcdadlarının xatirəsi ehtiramla yad edilir və bayramın rəmzi olan beşqatlı tort – “chunyang gao” hazırlanır.

Tədbirdə XX əsr dövlət, siyasi və partiya xadimi, müasir Çin Xalq Respublikasının qurucusu Mao Tszedunun və qədim Çin şairləri Tao Yuanminin və Van Veyin bayrama həsr olunmuş şeirləri səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.