ELM VƏ TƏHSİL


ADU-da Frankofoniya Universitet Agentliyi ilə əlaqələrin gücləndirilməsi barədə müzakirələr aparılıb

Bakı, 30 iyun, AZƏRTAC

Frankofoniya Universitet Agentliyinin regional direktoru Mohamed Ketata Azərbaycan Dillər Universitetində (ADU) olub.

ADU-dan AZƏRTAC-a bildirilib ki, elmi işlər üzrə prorektor professor Novruz Məmmədovla görüş zamanı Frankofoniya Universitet Agentliyi ilə əlaqələrin gücləndirilməsi, tələbə və müəllimlər üçün nəzərdə tutulan müxtəlif layihələrin həyata keçirilməsi barədə geniş müzakirələr aparılıb.

Daha sonra Mohamed Ketata ADU-da 2017-ci ildən fəaliyyət göstərən Frankofoniya Mərkəzi ilə tanış olub. Mərkəzin təşəbbüsü ilə keçirilən tədbirlərin videotəqdimat şəklində kiçik hesabatı nümayiş olunub. Həmçinin Frankofoniya Universitet Agentliyinin proqramlarında iştirak edən ADU-nun tələbələrinin hazırladıqları videohesabat qonağın nəzərinə çatdırılıb.

Mohamed Ketata mərkəzin illik fəaliyyətini yüksək qiymətləndirib, yeni layihələr haqqında ətraflı məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.