ELM VƏ TƏHSİL


ADU-da Hellouin bayramı qeyd edilmişdir

Bakı, 31 oktyabr (AZƏRTAC). Oktyabrın 31-də Azərbaycan Dillər Universitetində (ADU) Hellouin bayramı qeyd olunmuşdur.

ADU-dan AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə iştirakçılar həmin günə həsr olunmuş videofilmə baxmışlar.

Tədbirdə Hellouin bayramı və onun müxtəlif ölkələrdə keçirilmə qaydaları barədə danışılmışdır. Tələbələr bayramın rəmzlərini nümayiş etdirmiş, ingilis dilində Xeyrin Şərlə mübarizəsini əks etdirən səhnəciklər göstərmiş, şeir və mahnılar səsləndirmişlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.