ELM VƏ TƏHSİL


ADU-da “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda elmi konfrans keçiriləcək

Bakı, 10 aprel, AZƏRTAC

Aprelin 12-də Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda elmi konfrans keçiriləcək.

ADU-dan AZƏRTAC-a bildirilib ki, konfransın işi “Hüseyn Cavid və türk dünyası”, “Hüseyn Cavid və Şərq ədəbiyyatı”, “Hüseyn Cavid və Qərb romantizmi” bölmələri üzrə aparılacaq. Konfransda açılış nitqi ilə ADU-nun rektoru, akademik Kamal Abdulla çıxış edəcək.

Elmi konfransda yerli və xarici ölkə alimlərinin “Cavid sənətində bəşəri genişlik”, “Ədəbiyyat siyasi təhdiddirmi?”, “Hüseyn Cavid Şərqin böyük mütəfəkkir şairidir”, “Hüseyn Cavidin dram yaradıcılığına Abdülhak Hamidin təsiri”, “Hüseyn Cavid modernizmi və dünya ədəbiyyatı (Cavid dramaturgiyasından bir fraqment)”, “Dünya ədəbiyyatının Şərqi: Azərbaycandan Serbiyaya” mövzularında məruzələr dinləniləcək.

Konfransda İndoneziya, Venesuela və Kubanın Azərbaycandakı səfirləri iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.