ELM VƏ TƏHSİL
ADU-da “Meksika ədəbiyyatında fransız dilinin rolu” mövzusunda tədbir keçirilib
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Azərbaycan Dillər Universitetində (ADU) “Frankofoniya həftələri” çərçivəsində “Meksika ədəbiyyatında fransız dilinin rolu” mövzusunda tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, universitetin frankofoniya, fransız dili və mədəniyyəti və ispan dili mərkəzlərinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə Meksika, Fransa, Kuba, Venesuela, Braziliya, Argentina və Rumıniyanın ölkəmizdəki səfirləri, Çili və Misir səfirliklərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores ölkəsinin görkəmli şair və yazıçıları olan Karlos Fuentes, Oktavio Paz, Alfonso Reyes və Armado Nervonun həyat və yaradıcılığından danışıb.
Daha sonra universitetin tələbələri həmin müəlliflərin şeir və hekayələrini fransız və ispan dillərində səsləndiriblər.