ELM VƏ TƏHSİL


ADU-da “Müzəffər Azərbaycan Ordusu” mövzusunda dəyirmi masa təşkil edilib

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi “Müzəffər Azərbaycan Ordusu” mövzusunda onlayn dəyirmi masa təşkil edib.

Bu barədə AZƏRTAC-a universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə çıxış edən Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli bildirib: “26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününün qarşısında qürurla, sevinclə müzəffər ordu ifadəsini işlədə bilərik. Hər birimiz Müzəffər Ali Baş Komandana, Müzəffər Azərbaycan Ordusunun əsgər-zabit heyətinə borcluyuq”.

Regionşünaslıq kafedrasının dosentləri Aqil Şahmuradov və Bəhmən Əliyev, eləcə də digər çıxış edənlər Azərbaycan Ordusunun tarixi qələbəsindən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.