ELM VƏ TƏHSİL


ADU-da dəyirmi masa: “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”

Bakı, 11 aprel, AZƏRTAC

Aprelin 11-də Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda dəyirmi masa keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, dəyirmi masa regionşünaslıq kafedrası və azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə reallaşıb. Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyli ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbirlər planı barədə iştirakçılara məlumat verib. O deyib: “Ümummilli lider Heydər Əliyev Azərbaycan mədəniyyətinə çox böyük töhfələr verib. Ulu öndər Heydər Əliyevin mədəniyyətin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, mədəniyyət ocaqlarının yaradılması və Azərbaycan ədəbiyyatında müstəsna rolu olan ədiblərə abidələrin ucaldılmasında, eləcə də bu qəbildən olan məsələlərdə böyük xidmətləri olub”.

Daha sonra ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı gördüyü işləri əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva “Heydər Əliyev və Azərbaycanın mədəniyyət siyasəti”, fəlsəfə və ictimai elmlər kafedrasının müdiri, dosent Ədalət Abdıyeva “Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısı”, regionşünaslıq kafedrasının dosenti Bəhmən Əliyev “Azərbaycan mədəniyyət abidələri, arxeologiya və etnoqrafiya” mövzularında məruzələrlə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.