ELM VƏ TƏHSİL
ADU-da dünya xalqlarının mədəni irsi öyrənilir
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Bakı Amerika Mərkəzində (BAM) “Mədəniyyət günəşi” adlı tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, “Mədəni müxtəliflik” proqramı çərçivəsində keçirilən tədbir dünya xalqlarının zəngin mədəni irsinin öyrənilməsi və Azərbaycanda təbliği məqsədi daşıyıb. Tədbirdə universitetin rektoru, akademik Kamal Abdulla, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, tələbələr, tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə ADU-nun dil və mədəniyyət mərkəzlərinin və “Səma” rəqs qrupunun təşkilatçılığı ilə Azərbaycan, Fransa, Hindistan, İsrail, İndoneziya, İspaniya, Koreya, Norveç, Özbəkistan, Polşa, Yaponiya, Tatarıstan, Qafqaz xalqlarının mədəniyyət nümunələri və rəqsləri təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]