ELM VƏ TƏHSİL


ADU-da əcnəbi tələbələrə Novruz xonçası hədiyyə edilib

ADU-da əcnəbi tələbələrə Novruz xonçası hədiyyə edilib

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) təhsil alan əcnəbi vətəndaşlar üçün Novruz bayramı münasibətilə tədbir keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosenti Fialə Abdullayeva Novruzun təbiətin oyanışı, küsülülərin barışması, bolluq və xoş günlər arzusu ilə keçirilən bir bayram olduğunu diqqətə çatdırıb.

Beynəlxalq əlaqələr üzrə prorektor dosent Jalə Qəribova, ADU-nun Elmi şurasının beynəlxalq əlaqələr üzrə komissiyasının sədri dosent Aytən Hacıyeva qonaqları Novruz bayramı münasibətilə təbrik ediblər. Bildirilib ki, bu milli bayramda qohumlara, qonşulara və qonaqlara xüsusi diqqət yetirilir. Novruzun dini bayram deyil, bahar bayramı, fəsil dəyişməsi bayramı olduğunu vurğulanıb.

Regionşünaslıq kafedrasının müəllimi Aygün Soltanzadə Novruz bayramı ilə bağlı ingilis dilində təqdimat edib. Tələbələrə Novruzun bütün çərşənbələri, atributları, simvolları və mərasimləri haqqında geniş məlumat verilib.

Tədbirdə iştirakçılar yumurta döyüşdürüblər.

Sonda iştirakçılara kiçik Novruz xonçası hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.