ELM VƏ TƏHSİL


ADU-da ənənəvi Çin bayramı qeyd olunub

Bakı, 14 iyun, AZƏRTAC 

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Duan-u” adlı ənənəvi Çin bayramı qeyd edilib. Bu bayram Çin müəllif poeziyasının qurucusu, ölkənin tarixində ilk məşhur lirik şair – Qu Yuanın xatirəsinə həsr olunub.

ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov yüksək insani duyğuları ilə dolu Çin poeziyasının unikal fəlsəfəsi haqqında danışıb. O, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Bakı” jurnalının baş redaktoru Leyla Əliyevanın “Yaz” şeirini Çin dilində oxuyub.

Tədbirdə ADU-nun Konfutsi İnstitutunun müəllimi Chen Xiaozhen və universitetin çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri bayramın yaranma tarixi və ənənələri, həmin gün keçirilmiş əjdaha-qayıq festivalı, həmçinin klassik Çin poeziyasının əsas ənənəvi növləri haqqında məlumat veriblər.

ADU tələbələri Qu Yuanın “Sürgünün kədəri”, “Chu xəttləri”, “Səma inciləri” və “Doqquz melodiyalar” şeirlərini söyləyiblər.

Tədbirdə, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvləri Könül Əfqanqızının və Vahid Əlioğlunun vətənpərvərlik mövzusunda şeirləri səsləndirilib.

Sonda qədim Çin poeziyasının tanınmış nümayəndələrinin həyat və yaradıcılıqlarından bəhs edən film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.