ELM VƏ TƏHSİL


ADU-da inklüziv təhsillə bağlı təlimi müvəffəqiyyətlə bitirən tələbələrə sertifikat verilib

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv təhsil mərkəzinin əməkdaşları tərəfindən bakalavriat və magistratura səviyyələrinin son kurs tələbələrinə “İnklüziv təhsilin təşkili” mövzusunda təlim keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, təlimi müvəffəqiyyətlə bitirən tələbələr sertifikatla təltif olunublar.

Təlim “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın tələblərindən irəli gələn vəzifələrin reallaşdırılmasına dəstək göstərmək məqsədilə keçirilib.

Belə silsilə təlimlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.