ELM VƏ TƏHSİL


ADU-da tələbələr alman dilini və mədəniyyətini böyük həvəslə öyrənirlər

Bakı, 25 may, AZƏRTAC

Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Ralf Horlemann Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Universitetin rektoru akademik Kamal Abdulla səfirə tələbələrin alman dilinə olan marağından danışıb. Bildirib ki, tələbələr alman dilini, Almaniyanın tarixi və mədəniyyətini böyük həvəslə öyrənirlər. Qeyd olunub ki, alman tarixi, mədəniyyəti, təhsili və elmi hər zaman diqqət mərkəzində olub və bu gün də tələbələrin diqqətini özünə çəkir. Məhz bu baxımdan ADU-da alman dilinə və mədəniyyətinə maraq bu qədər yüksəkdir.

“Mənə elə gəlir ki, bütün Azərbaycanda olduğu kimi, universitetimizin müəllimləri və tələbələrində də Almaniyaya böyük bir məhəbbət var. Universitetimizə alman səfirlərin gəlişi ilk dəfə deyil, bundan öncə də olub və bütün bunlar əlaqələrimizin inkişafına müsbət təsir göstərib. Universitetimizdə alman dilini öyrənən tələbələr tədbirlərdə fəal iştirak edirlər. Bu yaxınlarda alman dilini öyrənən tələbələrimiz Ulu Öndər Heydər Əliyevin təhsil və mədəniyyətlə bağlı fikirlərini alman dilinə tərcümə ediblər və bu tərcümə kitab şəklində çap olunub. İnanıram ki, bundan sonra da əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək və əməkdaşlığımız daha da möhkəmlənəcək”, - deyə rektor bildirib.

Səfir Ralf Horlemann qeyd edib ki, alman dilini tədqiq etmək istəyən tələbələr və mütəxəssislər üçün hər zaman şərait yaradılır və bu istiqamətdə mühüm işlər görülməkdədir.

Görüşdə alman dilinin təbliği, mübadilə proqramları, birgə tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra Ralf Horlemann “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.