ELM VƏ TƏHSİL


ADU-da tərcüməçi hazırlığı ilə məşğul olan müəllimlər üçün təlim təşkil edilib

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) koordinatorluğu ilə “Tərcüməçi hazırlığı ilə məşğul olan müəllimlərin beynəlxalq akademik mübadilə” layihəsi çərçivəsində növbəti akademik təlim keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, Türkiyənin Atılım Universitetinin Tərcümə və mütərcimlik şöbəsinin rəhbəri Berrin Aksoy “Ardıcıl tərcümə” və “Sinxron tərcümə” mövzularında mülahizələrini, şəxsi və peşəkar təcrübə və metodlarını yerli əməkdaşlarımızla bölüşüb.

Təlimdə tərcüməçi hazırlığı fəaliyyəti ilə məşğul olan və karyerasını bu istiqamətdə inkişaf etdirmək istəyən German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının, Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının və Tərcümə fakültəsi nəzdində Xarici dillər kafedrasının müəllim və tərcüməçi heyəti iştirak edib.

Mövzuları hərtərəfli izah edən Berrin Aksoy ADU əməkdaşları ilə qarşılıqlı müzakirələr aparıb, onları maraqlandıran suallara cavab verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.