ELM VƏ TƏHSİL
ADU-da tətbiqi dilçiliyin müasir problemləri müzakirə olunacaq
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 25-26-da Azərbaycan Dillər Universitetində (ADU) “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda üçüncü beynəlxalq konfrans keçiriləcək.
ADU-dan AZƏRTAC-a bildirilib ki, konfransda “Birinci eksperimental və müqayisəli dilçilik”, “Sosiolinqvistikanın nəzəri və praktik məsələləri”, “Xarici dillərin tədrisinə müasir yanaşmalar”, “Tərcüməşünaslığın aktual problemləri”, “Mətnin linqvosemiotik problemləri” bölmələri üzrə müzakirələr aparılacaq.
Konfransın işində Böyük Britaniya, Almaniya, Fransa, Çexiya, Polşa, Rusiya, Türkiyə, Gürcüstan, Finlandiya, Yaponiya, Bolqarıstan, Pakistan, Səudiyyə Ərəbistanı və digər ölkələrdən qonaqlar, eləcə də ADU-dan və respublikanın bir sıra universitetlərdən nümayəndələr iştirak edəcəklər. Konfrans iştirakçıları Durham Universitetinin professoru Maykl Bayramın mühazirəsində (skayp vasitəsilə), eləcə də Konin Dövlət Tətbiqi Elmlər Universitetinin professoru Barbara Levandovskanın ustad dərslərində iştirak etmək şansı qazanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]