ELM VƏ TƏHSİL
ADU-da ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “dəyirmi masa” keçirilib
Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da Azərbaycan Dillər Universitetində (ADU) beynəlxalq münasibətlər kafedrası və Azərbaycanşünaslıq Elmi-Tədqiqat Laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Ümummilli lider Heydər Əliyevin milli Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğu istiqamətində fəaliyyəti” mövzusunda “dəyirmi masa” keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Aida Yusifzadə ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb.
A.Yusifzadə ölkəmizdə qazanılan bütün nailiyyətlərin dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu bildirib.
Beynəlxalq münasibətlər kafedrasının dosenti Samirə İmanova, baş müəllim Mehriban Babaxanova ulu öndər Heydər Əliyevin tariximizdəki müstəsna rolundan bəhs ediblər.
Tələbələr Gülxar Həsənova “Heydər Əliyevin dil siyasəti”, Nigar Əlizadə “Heydər Əliyev Azərbaycan ədəbiyyatının himayədarı kimi” mövzularında məruzə ilə çıxış ediblər.
ADU-nun rektorunun elm və təhsil məsələləri üzrə müşaviri, dosent Seyfəl Həsənov, tərbiyə işləri üzrə prorektor Sərraf Hüseynov, beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı İbrahim Kazımbəyli, Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev, qafqazşünaslıq kafedrasının müdiri, professor Əsgər Zeynalov, beynəlxalq münasibətlər kafedrasının müəllimi Lamiyə Qasımova ulu öndər Heydər Əliyevin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən danışıblar.