ELM VƏ TƏHSİL
ADU-da videokonfrans: Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyəti və bədii yaradıcılığında humanizm motivləri
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin Multikulturalizm elmi-tədqiqat laboratoriyasında “Nəriman Nərimanovun ictimai siyasi fəaliyyəti və bədii yaradıcılığında humanizm motivləri” mövzusunda videokonfrans keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, tədbirdə Multikulturalizm elmi-tədqiqat laboratoriyasının müdiri Loğman Rəşidzadə və laboratoriyanın elmi işçisi Yeganə Qasımova “Nəriman Nərimanovun həyatı və ictimai-siyasi fəaliyyəti”, Turan Kərimli “Nəriman Nərimanovun mədəni-maarif fəaliyyətinin Həştərxan dövrü”, Sərinə Rəhimova “Nəriman Nərimanov yaradıcılığında multikulturalizm meyilləri”, Əli Fərhadov “Nəriman Nərimanovun yaradıcılığında humanizm və tolerantlıq” mövzularında çıxış ediblər.