ELM VƏ TƏHSİL


ADU əməkdaşlarının yeni dərs vəsaiti çap olunub

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) müəllimləri – Tofiq Quliyev, Dinarə Muxtarova, Ülkər Əsədova və Aynur Məmmədovanın müəllifi olduqları “Developing language skills-speaking and listening” (Dil bacarıqlarının inkişaf etdirilməsi-danışıq və dinləmə) adlı dərs vəsaiti çapdan çıxıb.

ADU-dan AZƏRTAC-a bildirilib ki, dərs vəsaiti bakalavriat səviyyəsinin III kurs tələbələri üçün bir semestr ərzində 30 saat nəzərdə tutulan dil vərdişlərinin inkişaf etdirilməsi – danışıq və dinləmə seçmə fənninin daha dərindən mənimsənilməsi məqsədilə hazırlanıb. Həmçinin tələbələrdə minimum terminologiyaya yiyələnmək, orijinal mətnləri oxuyub başa düşmək, müsahibi ilə bu sahədə sərbəst ünsiyyət yaratmaq, müstəqil surətdə rəy və mülahizələr irəli sürmək, müxtəlif elmi mənbələrdən istifadə etmək, mürəkkəb konstruksiyalardan şifahi nitqdə istifadə etmək kimi bacarıq və vərdişləri formalaşdırmaq məqsədilə düşünülüb.

Dərs vəsaiti seçmə fənninin tədrisinin yüksək informasiyalılığının təmin olunması, tənqidi təfəkkürün inkişafı, yaxın elmlər - tarix, coğrafiya, kulturologiya və politologiya ilə fənlərarası əlaqənin gözlənilməsi üzərində qurulub.

Vəsait müxtəlif sahələrdə, o cümlədən danışıqlar aparılmasında və ünsiyyət problemlərində, mürəkkəb informasiya mübadiləsində vərdişlərin inkişaf etdirilməsində yardımçı ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.