ELM VƏ TƏHSİL


ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinə qəbulun vaxtı uzadılıb

Bakı, 21 avqust, AZƏRTAC 

Azərbaycan Dillər Universitetinin (ADU) Əlavə təhsil və təcrübə fakültəsi 2019/2020-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidən hazırlanması üçün ali məktəbdə olan bütün ixtisaslar üzrə tələbə qəbulu elan edir.

ADU-dan AZƏRTAC-a bildirilib ki, müraciət edənlərdən rektorun adına ərizə, diplom və əlavəsinin surəti, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış tələb olunur.

Sənədlər avqustun 27-nə kimi (istirahət günlərindən başqa) saat 10:00-16:00-dək qəbul edilir.

Ünvan: ADU-nun 3 saylı tədris binası. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 81, III mərtəbə, otaq 308. Tel: (012) 564 22 48; (055) 302 88 57.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.