ELM VƏ TƏHSİL


ADU-nun Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının yeni bülleteni hazırlanıb

Bakı, 11 sentyabr, AZƏRTAC 

2018-2019-cu tədris ilində Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının bülleteninin 2-ci nömrəsi hazırlanıb.

ADU-dan AZƏRTAC-a bildirilib ki, 46 səhifədən ibarət bülletendə azərbaycançılıq məfkurəsinin, ulu öndər Heydər Əliyev irsinin, milli-mənəvi dəyərlərimizin, Prezident İlham Əliyevin elm, təhsil və mədəniyyətin davamlı inkişafı sahəsində həyata keçirdiyi dövlət siyasətinin öyrənilməsi və təbliği, tələbələrin azərbaycançılıq ruhunda tərbiyə olunması məqsədilə keçirilmiş tədbirlər əksini tapıb. Həmçinin yeni nömrədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, İmadəddin Nəsiminin 650 illiyi, “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində və azərbaycanşünaslığın digər aktual problemləri ilə bağlı keçirilmiş elmi seminarlar, dəyirmi masalar, birgə mühazirələr, kitab təqdimatlarına dair yazılar yer alıb.

Bülletenin redaksiya heyətinə Ədalət Abdiyeva, Adil Babayev, Sevdagül Əliyeva, Seyfəl Həsənov, Muxtar İmanov, İbrahim Kazımbəyli, Niyazi Mehdi, Möhsün Nağısoylu, Aqşin Rüstəmov, Solmaz Rüstəmova-Tohidi, Aidə Yusifzadə, Sevinc Zeynalova və Əsgər Zeynalov daxildir.

Nəşrin tərtibçiləri Suğra Ələkbərli (məsul katib) və Şəlalə Nəqşanidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.