ELM VƏ TƏHSİL


ADU-nun Dil və Tərcümə Xidmətləri Mərkəzi təlim iştirakçılarına sertifikatlar verib

Bakı, 22 yanvar, AZƏRTAC 

Azərbaycan Dillər Universitetinin (ADU) Dil və Tərcümə Xidmətləri Mərkəzində “Akademik yazı və oxu” təlimində iştirak edən müəllimlərə sertifikatlar verilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, təlimdə iştirakçılar peşəkarlıq sahəsində biliklərini artırıblar.

“Akademik yazı və oxu” təlimi müəllimlik peşəsinə başlayanlar üçün çox faydalıdır. Belə ki, təlim asan yazı nümunələri – paraqraf, onun quruluşu, əsas və yekun cümlələrin düzgün yazılması, müxtəlif paraqraf nümunələrinin yazı qaydalarının tədrisini nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.