ELM VƏ TƏHSİL


ADU-nun Konfutsi İnstitutu “Çində gözəlliyin tarixi inkişaf yolu” adlı seminar keçirib

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində Konfutsi İnstitutu Beynəlxalq Gözəllik Gününə həsr olunmuş “Çində gözəlliyin tarixi inkişaf yolu” adlı onlayn seminar keçirib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarda çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çində gözəllik anlayışının hər zaman inkişaf edən və dəyişərək müasirləşən bir sahə olduğunu bildirib. Saç düzümünün tarixindən danışan R.Abbasov Mancuriya dövründə kişilərin başlarının arxasında yalnız kiçik bir hissəni buraxaraq saçlarını kəsdirdiklərini, digər saçların hörülüb ipək lentlərlə uzadıldığını tələbələrin diqqətinə çatdırıb.

Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva isə qədim Çində saçların yalnız görünüş üçün deyil, həm də bir növ ziyarət kartı olduğunu bildirib. O, saç düzümünün yalnız insanın zövqünü deyil, həm də sosial vəziyyətini, dini inanclarını və hətta peşəsinin göstəricisi olduğunu diqqətə çatdırıb. N.Qocayeva deyib ki, qadınların saç düzümü onların ailə vəziyyətinin göstəricisi olub. Ailə xoşbəxtliyi tapmamış qadınlar saçlarını hörüblər, evli qadınlar saçlarını yuxarı yığıblar, ərini itirən qadınlar isə yenidən ailə qurmaq istəmədikləri halda saçlarını ya qısa, ya da tamamilə kəsdiriblər.

Sonda seminar iştirakçıları üçün master-klas keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.