ELM VƏ TƏHSİL


ADU-nun Konfutsi İnstitutu tələbələri inşa müsabiqəsinə dəvət edir

Bakı, 28 mart, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tələbələri və Çin dili kurslarının dinləyicilərini “Heydər Əliyevin Çinə tarixi səfəri” mövzusunda inşa müsabiqəsinə dəvət edir.

ADU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilib. Müsabiqəyə Azərbaycan, Çin və rus dillərində yazılmış fərdi inşalar qəbul edilir. Çin dilində olan inşalar qiymətləndirilərkən dil biliyinin səviyyəsi də nəzərə alınacaq.

Müsabiqə iştirakçılarının işləri mayın 1-dək [email protected] ünvanına qəbul edilir. Qaliblər üç dərəcə üzrə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, bütün iştirakçılara isə sertifikatlar veriləcək.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, müsabiqənin məqsədi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi irsinin öyrənilməsində tələbələrin elmi-tədqiqat potensialını inkişaf etdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.