ELM VƏ TƏHSİL


ADU-nun Konfutsi İnstitutunda ədəbi gecə

Bakı, 11 mart, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ədəbi gecə keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov yüksək mənəvi duyğular, düşüncələr, ənənəvi dəyərlərə hörmət – böyüklərə hörmət, ailəyə qayğı, sevgi, dostluq və sədaqət kimi yüksək insani hisslərlə dolu Çin poeziyasından danışıb. O, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın “Ana, getmə!” şeirini Çin dilində oxuyub.

Sonra ADU-nun çinşünas tələbələri arasında müasir Çin şairlərinin şeirlərindən ibarət müsabiqə təşkil edilib. İştirakçıların çıxışları ifadəli oxu, ədəbi danışıq, həssaslıq və perfomansın orijinallığı meyarlarına əsasən qiymətləndirilib. Müsabiqənin bütün iştirakçılarına mükafatlar təqdim olunub.

Qonaqlar Çinin çaydəmləmə mərasimində iştirak ediblər, Çinin məşhur yeməklərini dadıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.