ELM VƏ TƏHSİL


ADU-nun “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüş

Bakı, 18 dekabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) “Səfir saatı” layihəsi çərçivəsində ABŞ-ın müvəqqəti işlər vəkili Uilyam Gil dekabrın 18-də tələbələrə mühazirə oxuyub.

ADU-dan AZƏRTAC-a bildirilib ki, qonaq “Səfir saatı”nda tələbələrə özünün diplomatik fəaliyyətindən danışıb və onların suallarını cavablandırıb. Diplomat, həmçinin tələbələrə uğurlu karyera qurmağın yolları barədə tövsiyələr verib.

Görüşdə ADU-nun rektoru, akademik Kamal Abdulla ABŞ ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu, bu əlaqələrin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Rektor iki ölkə arasındakı əlaqələrin inkişafı prosesində U.Gilin şəxsi təşəbbüslərinin də vacib və faydalı olduğunu söyləyib. K.Abdulla ADU-nun dəvətini qəbul edərək “Səfir saatı”nda mühazirə oxumağa razılıq verdiyi üçün səfirə təşəkkür edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.