ELM VƏ TƏHSİL


ADU-nun bir qrup əməkdaşı Qətər rəqəmsal təlim sammitində iştirak edib

Bakı, 7 iyun, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə bu ali məktəbin bir qrup əməkdaşı Qətər rəqəmsal təlim sammitində iştirak edib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, ikigünlük virtual təlimdə iştirakçılar pandemiya dövründə təhsil sahəsinin təkmilləşdirilməsi, davamlı gələcək üçün elektron tədrisin maksimum səviyyəyə çatdırılması ilə bağlı müxtəlif təhsil müəssisələri və təşkilatların qarşılaşdığı həlledici məsələləri, təhsil sektorunun inkişafı üçün rəqəmsal təhsil sənayesinin əsas maraqlı tərəflərini və yenilikləri öyrəniblər. Təlim iştirakçıları, həmçinin elektron tədris mütəxəssisləri ilə əlaqə qurmaq və yüksək profilli iş nümunələri təqdim edən sənaye liderlərindən son məlumatları almaq imkanı qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.