ELM VƏ TƏHSİL


ADU-nun çinşünaslıq ixtisasına qəbul olan I kurs tələbələri Konfutsi İnstitutu ilə tanış olublar

Bakı, 16 oktyabr, AZƏRTAC 

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu çinşünaslıq ixtisasına qəbul olan I kurs tələbələri ilə görüş keçirib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov rəhbərlik etdiyi qurumun təhsil və maarifləndirmə fəaliyyəti barədə məlumat verərək, İpək Yolu İqtisadi Kəmərinin infrastrukturunun yaradılması və inkişafında, tarixi İpək Yolunun bərpasında Azərbaycanın geostrateji roluna həsr olunan tələbə-elmi seminarların keçirilməsinin əhəmiyyətini vurğulayıb. R.Abbasov sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə Azərbaycan təcrübələrinin Çin ilə əməkdaşlıq üçün geniş perspektivlər açdığını qeyd edib. O, həmçinin Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfərini, onun qədim İpək Yolu üzərində yerləşən Sian şəhərini ziyarət etdiyini xatırladıb.

Professor Böyük İpək Yolunun əsrlər boyunca müxtəlif xalqları bir araya gətirərək, fikir və bilik mübadiləsi, dil və mədəniyyətlərin qarşılıqlı zənginləşdirilməsini təmin etdiyini vurğulayıb. Bildirib ki, bir çox tədqiqatçılar İpək Yolu üzərində qədim abidələrin öyrənilməsi sayəsində arxeoloji və elmi kəşflər ediblər. Müxtəlif millətlərin və dövlətlərin Böyük İpək Yolu üzərində elmi və texnoloji əlaqələrinin tarixi və bu proseslərdə müsəlmanların rolu böyük maraq doğurub.

Sonda tələbələrə ADU Konfutsi İnstitutunun Çin dilində hazırladığı “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” adlı və Azərbaycan dilində hazırladığı ÇXR-in sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət kitablar hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.