ELM VƏ TƏHSİL


ADU-nun əlavə təhsil və təcrübə fakültəsinə tələbə qəbulunun müddəti uzadılıb

Bakı, 11 avqust, AZƏRTAC

Azərbaycan Dillər Universiteti (ADU) 2020/2021-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidən hazırlanması təhsili üzrə tələbə qəbulu elan edir.

Universitetdən AZƏRTAC-a verilən məlumata görə, qəbul ali təhsil ocağında mövcud olan bütün ixtisaslar üzrə müsabiqə yolu ilə aparılır. Əlavə təhsil və təcrübə fakültəsinə tələbə qəbulunun müddəti avqustun 17-dək uzadılıb.

Sənədlər (istirahət günlərindən başqa) saat 10:00-15:00-dək qəbul edilir. Sənədləri təqdim etmək üçün (012) 564 22 48 nömrəsinə zəng edərək vaxt təyin edilməsi və gələrkən tibbi maskadan istifadə olunması vacibdir.

Ünvan: ADU-nun 3 saylı tədris binası, Bakı şəhər, Nərimanov rayon, Təbriz küçəsi, 81, III mərtəbə, otaq 308.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.