ELM VƏ TƏHSİL


ADU-nun kollektivi Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsini anıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Vətən müharibəsi zamanı ərazi bütövlüyümüz uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizin, qətlə yetirilən mülki vətəndaşların əziz xatirəsini anmaq məqsədilə Azərbaycan Dillər Universitetinin (ADU) sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərova, universitetin əməkdaşları və tələbələri Gəncəyə səfər ediblər.

ADU-dan AZƏRTAC-a bildirilib ki, səfər zamanı universitet kollektivi Gəncə Şəhidlər xiyabanını ziyarət edib, Vətən müharibəsi günlərində ermənilərin mülki əhaliyə qarşı törətdiyi terror nəticəsində dağıdılmış evlərə baş çəkiblər.

Mülki əhali ilə görüş zamanı Tamam Cəfərova bildirib ki, Ermənistanın Gəncəni raket atəşinə tutması işğalçı ölkənin əvvəlki illərdə olduğu kimi, yenə də dünya ictimaiyyətinin çağırışlarını heçə saydığını, bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozduğunu göstərir. Bu, Ermənistan dövlətinin faşist və təcavüzkar xislətini bir daha sübut edir. Bunun isə tək səbəbi indiyə kimi Ermənistanın cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı bir beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır.

ADU-nun kollektivi Gəncənin raket hücumuna məruz qalması nəticəsində hər iki valideynini itirmiş 3 yaşlı Nilayla da görüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.