ELM VƏ TƏHSİL


ADU-nun kollektivi: Təqaüdlərin artırılması təhsil alan gənclərin daha yaxşı yaşamasına istiqamətlənib

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) elmi şuranın növbəti iclası keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, rektor, akademik Kamal Abdulla bu günlərdə ali təhsil sahəsində təqaüd sisteminin təkmilləşdirilməsinə dair Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bakalavriatura, magistratura və doktoranturada təhsil alan insanların ailə şəraitini, ümumi güzəranını yaxşılaşdırmaq istiqamətində çox ciddi və mühüm addım atıldığını bildirib: “Bu, faktiki olaraq, Azərbaycan vətəndaşına, Azərbaycan təhsil sistemində özünə yer tutan və ya yer tutmağa çalışan bir gəncə verilən qiymətlə yanaşı, eyni zamanda, çox ciddi, ictimai-siyasi bir addımdır. Bu kimi sərəncamlar göstərir ki, Azərbaycan dövlətçiliyi inkişaf edir, möhkəmlənir və onun iqtisadi dayaqları hansı şəraitdə olmasından – istər müharibə, istər sülh şəraitindən asılı olmayaraq, bütün iqtisadi möhtəşəmlik Azərbaycan vətəndaşının mənafeyinin yüksəldilməsinə, Azərbaycan vətəndaşının daha yaxşı yaşamasına istiqamətləndirilib. Bu, Azərbaycan dövlətinin çox böyük nailiyyətidir. Biz hamımız elmi şura adından, o cümlədən universitetin bakalavrları, magistrləri, doktorantları adından Prezidentə təşəkkür edirik. Təşəkkür edirik ki, Azərbaycan gəncinin, Azərbaycan vətəndaşının vəziyyətinə bu cür münasibət bəslənilir və bu, dövlətin qayğısının bariz təzahür formasıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.