ELM VƏ TƏHSİL
ADU-nun rektoru: Çinşünaslıq müstəqil elm kimi bu gün Azərbaycanda ilk addımlarını atır
Bakı, 21 iyul, AZƏRTAC
İyulun 21-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Çin Mərkəzi Televiziyasının CCTV-4 telekanalının “Uzaq ailə” proqramının yaradıcı heyəti ilə görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Çin jurnalistlərini salamlayan rektor onlara universitet haqqında ətraflı məlumat verib. K.Abdulla ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu vasitəsilə azərbaycanlı tələbələrin Çinin tarixi, dil və mədəniyyəti ilə daha yaxından tanış olacaqlarına ümid etdiyini bildirib. O, əlaqələrin davamlı inkişafı üçün böyük perspektivlər olduğunu qeyd edib. “Çinşünaslıq müstəqil elm kimi bu gün Azərbaycanda ilk addımlarını atır. Ümid edirik ki, yaxın gələcəkdə Çində də azərbaycanşünaslar nəsli yetişəcək”, - deyə rektor bildirib.
Görüşdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov ADU-da Çin dilinin tədrisi barədə ətraflı məlumat verərək bildirib ki, burada dərslər həm çinli, həm də yerli mütəxəssislər tərəfindən keçirilir. Bundan əlavə, Çinin mədəniyyəti, dili, tarixinə həsr olunmuş müxtəlif tədbirlər təşkil olunur.
Görüşdən sonra K.Abdulla çinli jurnalistlərə müsahibə verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]