ELM VƏ TƏHSİL


ADU-nun rektoru xatirə medalı ilə təltif olunub

Bakı, 11 mart, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin fəxri üzvlüyünə layiq görülüb və bu qurumun xatirə medalı ilə təltif olunub. Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib.

Məlumatda bildirilir ki, Kamal Abdulla ADU-ya rəhbərlik etdiyi tarixdən etibarən şəhid ailələrinə, onların ali məktəbdə təhsil alan övladlarına, kollektivdə yer alan Qarabağ müharibəsi veteranlarına xüsusi diqqət və qayğı ilə yanaşıb, o cümlədən ali təhsil müəssisəsində 20 Yanvar, Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilməsinə şərait yaradıb. Bu tədbirlərin məntiqi davamı kimi məcburi köçkün məktəblərində, xüsusilə işğaldan azad olunmuş Cocuq Mərcanlı kənd orta məktəbində tələbələrin pedaqoji təcrübəyə göndərilməsi istiqamətində gördüyü təqdirəlayiq işlər, əsl pedaqoq və peşəkar təhsil mütəxəssisi kimi fəaliyyəti şəhid ailələrinin, Böyük Vətən və Qarabağ müharibəsi veteranlarının, onların ailə üzvlərinin dərin minnətdarlığına səbəb olub.

Bütün bunları əsas tutaraq İctimai Birliyin idarə heyəti Kamal Abdullanın mükafata layiq görülməsi barədə qərar qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.