ELM VƏ TƏHSİL


ADU-nun tələbələri “Leyli və Məcnun” operasını təqdim ediblər

Bakı, 17 may, AZƏRTAC 

Azərbaycan Dillər Universitetində (ADU) tələbələrin ifasında dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası təqdim edilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin nümayişindən sonra universitetin rektoru, akademik Kamal Abdulla operanın yüksək səviyyədə təqdim edildiyini vurğulayıb.

Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru tərcümə və mədəniyyətşünaslıq fakültəsinin tələbəsi, xəlifə rektor Salman Quliyevdir.

Baş rolları təhsil fakültəsinin tələbələri Aysel Hacıyeva (Leyli) və Murad Əliyev (Məcnun) ifa ediblər. İbn Səlam obrazını tərcümə və mədəniyyətşünaslıq fakültəsinin tələbəsi Salman Quliyev, Leylinin anasını təhsil fakültəsinin tələbəsi Ramilə Musazadə canlandırıblar.

Qeyd edək ki, Üzeyir Hacıbəylinin 1908-ci il yanvarın 25-də ilk dəfə nümayiş olunan “Leyli və Məcnun” operası Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açaraq müsəlman Şərqində opera janrının əsasını qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.