ELM VƏ TƏHSİL


ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri Azərbaycan, Gürcüstan və Ermənistanda alman dili ixtisası üzrə təhsil alan tələbə və şagirdlər arasında keçirilən "Foto-marafon”da 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülüblər.

AZƏRTAC xəbər verir ki, yarışma mayın 25-də DAAD (Alman Akademik Mübadilə Xidməti) və Göte İnstitutunun təşkilatçılığı ilə onlayn şəkildə keçirilib. Yarışmanın şərtlərinə əsasən iştirakçılar 3 saat ərzində onlara spontan olaraq təqdim olunan mövzulara dair şəkillər çəkməli, həmin şəkillərə alman dilində şərh yazaraq onlayn platformaya yükləməli idilər.

Münsiflər heyətinin rəyləri və açıq səsvermə nəticəsində ADU-nun Tərcümə ixtisası üzrə tələbəsi Murad İlknur "Korona dövründə hisslər" kateqoriyasında 1-ci yerə, Alman dili müəllimliyi ixtisası üzrə tələbə Rəfiqə Cümşüdova "Pandemiya və fotoqraflıq" kateqoriyasında 2-ci yerə və Tərcümə ixtisası üzrə tələbə Rəna Məmmədova "Evdə yeni kəşfim" kateqoriyasında 3-cü yerlərə layiq görülüblər.

Alman Akademik Mübadilə Xidməti və Göte İnstitutu Azərbaycan Dillər Universiteti ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın koordinasiya edilməsində "Azərbaycan- Alman dili müəllimləri birliyi" fəal iştirak edir. Həmin birliyin sədri ADU-nun əməkdaşı Lətifə Qurbanova, katibi isə Qahirə Axundovadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.