ELM VƏ TƏHSİL


ADU son iki ildə qazandığı uğurlara görə fəxri diploma layiq görülüb

Bakı, 19 iyun, AZƏRTAC 

Azərbaycan Dillər Universiteti (ADU) Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) fəxri diplomuna layiq görülüb.

ADU-dan AZƏRTAC-a bildirilib ki, ali təhsil ocağı bu mükafata son iki ildə qazandığı uğurlara görə layiq görülüb. “Mükafat universitetin pedaqoji həyatı, təlimin texniki vasitələrlə təminatı, ictimai iaşə yerlərinin təmizliyi, koridorların təlim istiqamətinə uyğun müxtəlif təlim-tədris plakatları, xəritə, elan və cədvəllərlə təmin olunması, universitetin foyesinin, tədris korpuslarının kitabxanalarla təchiz olunması və digər peşə hazırlığına xidmət edən sahələrin müasir səviyyəsinə görə verilib. Biz ali təhsil məkanında yeganə kollektivik ki, Respublika Həmkarlar İttifaqı Konfederasiyasının ilin ən yaxşı müəssisəsi fəxri diplomuna layiq görülmüşük”, - deyə universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov bildirib.

Xatırladaq ki, AHİK bir müddət əvvəl 2018-ci il üçün “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında müsabiqə elan etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.