İQTİSADİYYAT
“ƏDV geri al” layihəsi çərçivəsində Naxçıvan sakinlərinə 56,5 min manat qaytarılıb
Bakı, 28 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsinin tətbiq edildiyi 2022-ci ilin dekabr ayından 2023-cü ilin mart ayına qədər istehlakçılara ümumilikdə 184 min 522 kassa çeki üzrə 56,5 min manatdan çox, cari ilin fevral ayında isə 137 min 184 kassa çeki üzrə 34,7 min manatdan artıq ƏDV məbləği geri qaytarılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanvar ayı ilə müqayisədə fevral ayında kassa çekləri üzrə 2,9 dəfə, qaytarılan məbləğ üzrə 1,6 dəfə artım olub.
Qeyd edək ki, hazırda nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi istehlakçılara geri qaytarılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]
Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib
- 28.03.2024 [17:39]