İQTİSADİYYAT


ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri necə müəyyən edilir?

Bakı, 20 iyul, AZƏRTAC

ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri vergiödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna, digər vergilər, rüsumlar və ya başqa yığımlar daxil olmaqla) əsasında müəyyən olunur.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bununla belə, Vergi Məcəlləsinin 14-cü maddəsinin müddəalarına əsasən, 30 gün ərzində vergiödəyicilərinin eyni xüsusiyyətli və ya eynicinsli mallara tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə, vergilərin hesablanmasında artıq bazar qiymətləri tətbiq olunmalıdır. Eyni zamanda, endirimli qiymət ƏDV ödəyicisi tərəfindən satılan mala görə ödənilən və əvəzləşdirilən vergi məbləğindən aşağı olduqda da bazar qiymətləri nəzərə alınmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.