İQTİSADİYYAT


“ADY Express” Azərbaycan sementinin xaricə nəqlinə başlayıb

Bakı, 13 iyul, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC ixrac rejimində növbəti növ yüklərin nəqlinə başlayıb. Bu dəfə şirkət “Holcim Azərbaycan” ASC-in zavodunda istehsal olunan sementin dəmir yolu ilə Gürcüstana daşınmasına başlanılıb.

MMC-dən AZƏRTAC-a bildirilib ki, yüklər Qaradağ stansiyasında “ADY Express” tərəfindən təqdim edilən yarımvaqonlara yüklənərək Gürcüstanın Kaspi yük stansiyasına çatdırılır. Yüklərin qonşu ölkəyə nəql edilməsi və vaqonların geri dönməsi ümumilikdə 6-7 günə həyata keçirilir.

“ADY Express” bu yüklərin daşınması üçün 50 vaqon ayırıb ki, hər ay 4 belə daşımanın həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “ADY Express” hər ay “Holcim Azərbaycan” ASC-in istehsal etdiyi 15 min ton sementin Gürcüstana nəql edilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.