İQTİSADİYYAT


“ADY Express” dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığı genişləndirir

Bakı, 10 sentyabr, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığı genişləndirməkdə davam edir. Hazırda şirkət dünyanın aparıcı gübrə istehsalçısı olan “EuroChem” ilə əməkdaşlıq quraraq həmin şirkətin məhsullarını nəql edir.

MMC-dən AZƏRTAC-a bildirilib ki, şirkətə məxsus gübrə Azərbaycana idxal rejimdə və ölkəmizin ərazisindən keçməklə tranzit rejimində daşınır. İki gün əvvəl “EuroChem” şirkətinin istehsalı olan 7 vaqondan ibarət olan gübrənin növbəti partiyası Azərbaycana çatdırılıb. Həmin vaqonlar Zaqatalaya nəql edilib. Yüklər “EuroChem”ə məxsus zavoddan 7 günə ölkəmizə çatdırılıb.

Ümumiyyətlə isə ilin əvvəlindən “EuroChem”ə məxsus 14 min tona yaxın yük 200 vaqonla daşınıb ki, onun da bir qismi Azərbaycan ərazisindən keçməklə tranzit olaraq nəql edilib. “ADY Express” Azərbaycan üzərindən keçməklə “EuroChem”ə məxsus daha çox yüklərin nəql edilməsinə dair şirkətlə danışıqlar aparır. Yaxın zamanlarda daha böyük həcmlərdə həmin yüklərin daşınması planlaşdırılır.

Qeyd edək ki, “EuroChem Group AG” şirkətinin mənzil-qərargahı İsveçrədə olmaqla, əsas aktivləri Rusiya, Qazaxıstan, Belçika və Litvada yerləşdirilib. Şirkət Rusiyanın ən iri gübrə istehsalçısı və ixracatçısıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.