İQTİSADİYYAT
“ADY Express” ixrac rejimində polipropilen yüklərinin nəqlini davam etdirir
Bakı, 15 dekabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC “SOCAR Polymer” MMC-nin istehsal etdiyi polipropilen məhsulunun ixrac rejimində Qazaxıstana nəqlini davam etdirir.
MMC-dən AZƏRTAC-a bildirilib ki, yüklərin daşıma marşrutu Rusiya ərazisindən keçir. “ADY Express” şirkətinin təqdim etdiyi örtülü vaqonlar Sumqayıt stansiyasında yüklənərək dəmir yolu vasitəsilə Rusiyadan keçməklə Qazaxıstana nəql edilir. Sumqayıt-Yalama-Atırau marşrutu ilə daşınan yüklər, 1202 kilometr yolu 6 günə qət edir. Marşrutboyu daşımanı “ADY Express” şirkəti həyata keçirir.
2020-ci ilin avqust ayında test rejimində bu yüklərin ilk partiyasının nəqli zamanı qeyd olunan marşrut effektivliyini göstərib. Uğurla keçən test daşıma layihənin davamlı olacağına əminlik yaradıb. Artıq bu marşrutla “ADY Express” 1354 ton polipropilen yükünü Qazaxıstana çatdırmağa müvəffəq olub. Proses davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]