İQTİSADİYYAT
“ADY Konteyner” Macarıstanın “Rail Cargo” şirkəti ilə əməkdaşlığa başlayır
Bakı, 17 fevral, AZƏRTAC
“ADY Konteyner” şirkəti Avropadakı əlaqələrini genişləndirir. Şirkətin nümayəndəsi Rəşad Məcidov Macarıstanın “Rail Cargo” şirkətinin direktoru Marta Gabor və həmin şirkətin Cənub-Şərqi Avropa üzrə təmsilçisi Daniel Dejo ilə görüşüb.
“ADY Konteyner”dən AZƏRTAC-a bildirilib ki, görüşdə Mərkəzi və Şərqi Avropa ilə Azərbaycan və Mərkəzi Asiya arasında konteynerlə yükdaşımaların birgə təşkil olunması məsələləri müzakirə edilib.
Görüş zamanı tərəflər digər məsələlərlə yanaşı, potensial yük bazasının müəyyən olunması, yüklər haqqında statistik məlumatların toplanaraq mübadilə edilməsi, tərəfdaşlığın hüquqi bazasının yaradılması istiqamətində birgə tədbirləri müzakirə ediblər. “Rail Cargo”nun nümayəndələri ölkəmiz və Azərbaycan ərazisindən tranzit olaraq Orta Asiya regionunun şirkət üçün vacib region olduğunu vurğulayıblar. Görüşdə Macarıstan Dəmir Yolu Assosiasiyasının direktoru Hodosi Lacos da iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]