İQTİSADİYYAT


ADY bayram günlərində bölgələrə daşınan sərnişinlərin sayını açıqlayıb

Bakı, 27 mart, AZƏRTAC

Novruz bayramı ilə əlaqədar əhalinin təhlükəsiz, vaxtında və rahat şəkildə bölgələrə səyahətinin təmin edilməsi üçün “Azərbaycan Dəmir Yolları” (ADY) QSC martın 18-dən 26-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

ADY-dən AZƏRTAC-a bildirilib ki, ölkə tarixində ilk dəfə olaraq Bakıdan şənbə, Qəbələdən isə bazar günləri hərəkət etməklə martın 18-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli qatarlarla sərnişin daşımaya start verilib. Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə günaşırı əlavə reyslər təyin olunmuş və bayram günlərində 1148 sərnişinə xidmət göstərilib.

Həmçinin martın 18-dən gündəlik qrafik əsasında fəaliyyət göstərən Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatı nəzərə alınaraq hər istiqamətə əlavə 16 reys təyin olunub. 18-26 mart tarixlərində müvafiq marşrut üzrə 10 min 900 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu üzrə bayram günlərində ümumilikdə 64 min 811 sərnişinə xidmət göstərilib. 2023-cü ilin ilk rübünün statistikasına əsasən, 1 yanvar tarixindən 26 mart tarixinə kimi müvafiq marşrut üzrə 1 milyon 330 min 297 sərnişin daşınıb. Bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 43 faiz çoxdur.

Xatırladaq ki, 2022-ci ilin ilk rübündə Abşeron dairəvi dəmir yolu ilə 933 min 234 sərnişin daşınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.