İQTİSADİYYAT
ADY sədri Dəmir Yolları Əməkdaşlıq Təşkilatının rəhbəri ilə görüşüb


Bakı, 1 iyun, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (DYƏT) rəhbəri Miroslav Antonoviç ilə görüşüb.
ADY-dən AZƏRTAC-a bildirilib ki, görüşdə dəmir yollarında həyata keçirilən infrastruktur layihələri, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin artmaqda olan potensialı barədə ətraflı məlumat verməklə yanaşı, DYƏT-lə əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə olunub.
Qeyd edək ki, DYƏT 1956-cı ildə iyunun 28-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində dəmir yoluna rəhbərlik edən nazirlərin müşavirəsində yaradılıb. Ölkəmiz 1993-cü ildən Təşkilatın üzvüdür. Hazırda DYƏT-yə üzv ölkələrinin sayı 30-dur.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]