DÜNYA


AEBA İranın nüvə obyektlərində monitorinqi davam etdirəcək

Vyana, 22 fevral, AZƏRTAC

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə obyektlərində monitorinq fəaliyyətini davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Tehrana səfərdən geri dönən AEBA-nın baş direktoru Rafael Qrossi Vyana beynəlxalq hava limanında jurnalistlərə müsahibəsində bildirib. O deyib ki, üç aylıq müddət üçün əldə edilmiş texniki razılaşmaya əsasən, inspektorlar öz işlərini davam etdirə biləcəklər, lakin onların müvafiq məkanlara girişi əvvəlki kimi olmayacaq. R.Qrossiyə görə, qarşıdakı üç ay ərzində monitorinqlər və əməkdaşlıqla bağlı daha müfəssəl razılaşma üzərində iş aparılacaqdır.

Qeyd edilməlidir ki, R.Qrossinin İrana səfərinin səbəbi rəsmi Tehranın AEBA ilə əməkdaşlığını məhdudlaşdıracağını və İrana qarşı sanksiyaların tətbiqinin davam etdirilməsinə görə nüvə obyektlərində monitorinq aparmaq üçün bu ölkəyə səfər edəcək inspektorları ölkəyə buraxmayacağını elan etməsi olmuşdur.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.