DÜNYA


AEBA-nın baş konfransı çərçivəsində İranın nüvə proqramına dair danışıqlar aparılmayacaq

Vyana, 19 sentyabr, AZƏRTAC

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) sentyabrın 20-dən 24-dək Vyanada keçiriləcək 65-ci baş konfransı çərçivəsində İranın nüvə proqramına dair danışıqlar aparılmayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat diplomatik dairələrə istinadla yayılıb. Bildirilib ki, İranı baş konfransda bu ölkənin Atom Enerji Təşkilatının sədri Məhəmməd İslami təmsil edəcək. Onun sözlərinə görə, Vyana səfəri yalnız Baş Konfransın işində iştiraka xidmət edəcək və nüvə proqramına dair danışıqlar onun səlahiyyətləri sırasında yer almır.

Konfransda nüvə təhlükəsizliyi, texniki əməkdaşlıq və üzv ölkələrin tibb, kənd təsərrüfatı və digər sahələrdə elmi-nüvə metodları, həmçinin texnologiyalar əsasında dəstəklənməsi məsələləri müzakirə ediləcək.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.