İQTİSADİYYAT


AERA-da növbəti vətəndaş qəbulu keçirilib

Bakı, 17 avqust, AZƏRTAC

Bu gün Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov qəbul qrafikinə uyğun olaraq vətəndaş qəbul edib.

AERA-dan AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşın elektrik enerjisi şəbəkəsinə qoşulma ilə bağlı müraciəti dinlənilib və nəzarətə götürülüb.

Qeyd edək ki, AERA-nın İdarə Heyətinin sədri tərəfindən vətəndaşların qəbulu hər həftənin çərşənbə günü həyata keçirilir. Eyni zamanda, vətəndaşların müraciətləri “974” Çağrı mərkəzi”, telefon müraciət xidməti (012 598-16-53/54/55), eləcə də “[email protected]” elektron poçt ünvanı vasitəsilə də qəbul olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.