İQTİSADİYYAT


AERA-nın İdarə Heyətinin sədri İstanbulda keçirilən məsləhətləşmələrə qatılıb

AERA-nın İdarə Heyətinin sədri İstanbulda keçirilən məsləhətləşmələrə qatılıb

Bakı, 7 dekabr, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov dekabrın 5-6-da Türkiyənin İstanbul şəhərində Enerji Tənzimləyicilərinin Regional Birliyi (ERRA) və Aralıq Dənizi Ölkələrinin Enerji Tənzimləyicilərinin (MEDREG) təşkilatçılığı ilə keçirilən enerji böhranı ilə bağlı tənzimləmə sahəsində yaranan aktual məsələlərə dair məsləhətləşmələrdə iştirak edib.

AERA-dan AZƏRTAC-a bildirilib ki, məsləhətləşmələrdə enerji tənzimləyici tədbirləri, yanaşmaları və əlaqəli bazar müşahidələri müzakirə edilib.

İki gün davam edən tədbir çərçivəsində, həmçinin “Tənzimləmə eksperimentləri”mövzusunda seminar da həyata keçirilib.

Qeyd edək ki, AERA 2018-ci ildən ERRA-nın assosiativ üzvü olmaqla yanaşı, bir sıra beynəlxalq qurumlarla da sıx əməkdaşlığını davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.