İQTİSADİYYAT


AERA və “Azəriqaz” arasında növbəti görüş keçirilib

Bakı, 8 avqust, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və “Azəriqaz” İB arasında hər iki qurumun səlahiyyətli nümayəndələrinin iştirakı ilə növbəti görüş keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə istehlakçı hüquqlarının qorunması, istehlakçı məmnuniyyətinin təmin edilməsi, həmçinin sahibkarların maraqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı müzakirələr aparılıb.

Bununla yanaşı, inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması məqsədilə “Azəriqaz” və onun yerli struktur bölmələri tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məlumatların təqdim edilməsi, eləcə də qaz təchizatı sahəsində mövcud qanunvericilik aktlarına edilmiş dəyişikliklər də müzakirə edilən mövzular sırasında olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.