DÜNYA


AFAD koordinasiya mərkəzi: Zəlzələdən zərərçəkənlərin ehtiyacını ödəmək üçün bütün imkanlar səfərbər olunub

İzmir, 31 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da baş verən dağıdıcı zəlzələ ilə bağlı İzmir şəhərində Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən qurulan koordinasiya mərkəzində mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum, Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli, Ədliyyə naziri Abdulhamit Gül və digər hökumət üzvləri zəlzələnin fəsadlarının aradan qaldırılması, axtarış-xilasetmə işləri, evsiz qalan insanların yerləşdirilməsi, qida və tibbi yardım təchizatı və s. sahələrdə görülən işlər barədə ictimaiyyəti məlumatlandırıblar. Diqqətə çatdırılıb ki, hazırda axtarış-xilasetmə işlərinə 5 minə yaxın şəxsi heyət cəlb olunub. On yetdi çoxmərtəbəli binada dağıntılar qeydə alınıb, 4 bina tamamilə çöküb, hazırda axtarış-xilasetmə işləri aparılır. Yerli vaxtla saat 11-ə qədər 100 vətəndaş dağıntılar altından sağ çıxarılıb. Yeraltı təkan nəticəsində 831nəfər yaralanıb, 25 nəfər həyatını itirib.

Məlumat verilib ki, təbii fəlakət bölgəsində yanar qaz və elektrik təchizatı təhlükəsizlik məsələləri həll olunan kimi təmin ediləcək. Zəlzələ və nəticələri ilə bağlı sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlar və məlumatlar yayan şəxslər müəyyənləşdirilib və haqlarında qanunla nəzərdə tutulan tədbirlər görülüb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İzmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.